-1 C
Baku
Sunday, December 15, 2024

Cənubi Avropa ölkələri gizli şəkildə Rusiyadan neft alır – Bloomberg yazır

Aralıq dənizi ölkələri və Cənubi Avropa ölkələri Avropa İttifaqının embarqosuna rəğmən gizli şəkildə Rusiyadan xam neft alışlarını bərpa ediblər.

Banker.az bunu “Bloomberg“ə istinadən xəbər verir.

Avropa İttifaqının bu cür tədarüklərə qadağasının qüvvəyə minməsinə artıq dörd ay qalıb.

İyulun 29-dan avqustun 5-dək Baltik və Qara dənizdəki terminallardan Türkiyə və İtaliya limanlarına Rusiya neftinin nəqlinin həcmi son yeddi həftə ərzində maksimum həddə çatıb.

Məlumatda deyilir ki, apreldən bu yana ilk dəfə “Urals” neftinin partiyası İspaniyaya çatdırılsa da, çatdırılmanı Qazaxıstanın “KazTransOil” şirkəti həyata keçirib. Həmçinin ötən həftə Yunanıstan fevraldan bəri ilk dəfə Rusiyadan neft alıb. Bolqarıstan və Rumıniya Rusiyadan karbohidrogen alışını gündə 255 min barrelə çatdırıb.

“Bloomberg”in hesablamalarına görə, Rusiya xammalının avropalı istehlakçılara ümumi tədarükü sutkada 1,38 milyon barel səviyyəsində dəyişir. Bu, son beş həftənin ən yüksək göstəricisidir.

Son xəbərlər
Digər xəbərlər