Cənubi Koreya ciddi demoqrafik böhranla üzləşib. Belə ki, 21-ci əsrin sonuna qədər ölkə əhalisi iki dəfə azala bilər.
Məlumata görə, doğum nisbətinin azalması 2018-ci ildən böyük miqyas alıb və bunun bir sıra səbəbləri var. Onların arasında uşağa görə valideynlərin xərclərinin kəskin artması başlıca yer tutur.
Qeyd olunur ki, Cənubi Koreyada ailələr uşaqların gələcəyinə dünyanın digər ölkələrinə nisbətən əhəmiyyətli dərəcədə daha çox sərmayə qoyurlar. Məsələn, keçən il koreyalı ailələr məktəbdə oxuyan hər bir şagirdin təhsilinə təxminən altı min dollar xərcləyiblər. Kolleclər və universitetlər də daxil olmaqla, valideynlər övladlarının təhsil haqqını ödəmək üçün altı ildən çox işləməli olurlar.