12 C
Baku
Tuesday, May 7, 2024

Cənubi Koreya biznesi çip istehsalına $471 mlrd. sərmayə qoyur

“Samsung Electronics” və “SK Hynix” şirkətləri başda olmaqla Cənubi Koreya texnologiya şirkətləri 2027-ci ilə qədər “dünyanın ən böyük yarımkeçirici istehsalı klasterinin” qurulmasına 622 trilyon von (471 milyard dollar) sərmayə qoymağı planlaşdırır. Bu barədə Cənubi Koreya prezidenti Yun Sok-Yolun dünən, yanvarın 15-də Sonqyunqvan Universitetində keçirilən tədbirdə verdiyi bəyanata istinadən “Bloomberg” yazıb.

Seulun yaxınlığında bir neçə onlarla müəssisədən ibarət nəhəng klasterin yaradılması planlaşdırılır. Mövcud 21 zavoda daha 13 müəssisə və üç tədqiqat mərkəzi açılacaq. 2030-cu ilə qədər burada yarımkeçiricilər üçün 7.7 milyon inteqral sxemin istehsal ediləcəyi gözlənilir. Hazırda Cənubi Koreya qlobal çip ixracının təxminən 16%-ni təşkil edir.

Bir çox ölkələr yarımkeçirici istehsalına investisiyaları artırır. Keçən il Yaponiyanın yerli çip istehsalını və inkişafını artırmaq üçün 13 milyard dollar sərmayə qoyacağı məlum olub. ABŞ daha əvvəl bu sahəyə 52.7 milyard dollar sərmayə yatırmaq planını təqdim etmişdi, Aİ-nin də 43 milyard avroluq investisiyalarla oxşar planları var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər