9 C
Baku
Friday, December 13, 2024

Cənubi Koreya bu il əmtəə ixracını rekord həddə çatdırıb

Cənubi Koreyanın məcmu ixracatı dekabrın 10-na olan 644,4 milyardlıq əvvəlki ilin rekordunu (6,8 faiz artım – Red) üstələyib.

Bu barədə yerli “Yonhap” agentliyi ölkənin Ticarət, Sənaye və Energetika Nazirliyinə istinadən xəbər verir.

Vurğulanıb ki, cari ilin sonuna qədər bu rəqəm rekord həddə – 680 milyard dollara yüksələ bilər.Belə ki, ölkə qlobal inflyasiyanın yaratdığı pisləşən bazar şəraitinə baxmayaraq, ixrac həcmində artıma nail ola bilib.

Analitiklər hesab edirdi ki, Çində koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər Koreya mallarının ixracının artırmasına mane olacaq. Lakin, bu baş vermədi.

Son xəbərlər
Digər xəbərlər