8 C
Baku
Friday, December 13, 2024

Cənubi Koreya NFT-ni vergiyə cəlb edir

Cənubi Koreyanın Maliyyə Xidmətləri Komissiyası (FSC) 2022-ci ildən NFT əməliyyatlarına vergi tətbiq edəcək. Banker.az xəbər verir ki, bu barədə FSC-in sədr müavini Dox Kü San məlumat verib.

Bildirildiyi kimi, yalnız böyük tirajla buraxılan NFT-lər, habelə investisiya və ya ödəniş üçün nəzərdə tutulan tokenlər vergiyə cəlb ediləcək. Bununla da, bütün əvəzlənməyən tokenlər rəqəmsal aktivlər kimi təsnif edilməyəcək.

2022-ci il yanvarın 1-dən Cənubi Koreyada vergi qanunvericiliyinə kriptovalyutalarla əməliyyatlara görə vergi tətbiq edən düzəlişlər qüvvəyə minəcək. Yeni qaydalara əsasən, ölkə rezidentlərindən 2.5 milyon vondan çox rəqəmsal aktiv əməliyyatlarından əldə edilən gəlirdən 20% vergi tutulacaq. Bu, noyabrın 23-nə olan hazırkı məzənnə ilə 2.1 milyon dollar təşkil edəcək.

Xatırladaq ki, sentyabr ayında məlumat verilmişdir ki, Cənubi Koreyada 60 kriptobirjasından 40-ı ölkənin Maliyyə Xidmətləri Komissiyasının (FSC) tələblərinə uyğun gəlmədiyi üçün bağlana bilər.

Maliyyə tənzimləyicisi kriptovalyuta ticarət platformalarını sentyabrın 24-dək lisenziya almağa, istifadəçilərin məcburi identifikasiyasını tətbiq etməyə və Koreya banklarından birində hesabın olması barədə məlumat verməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər