14 C
Baku
Wednesday, April 24, 2024

Cənubi Koreya Prezidenti BƏƏ-yə səfər edəcək

Koreya Respublikasının (Cənubi Koreya) Prezidenti Yun Sok Yol yanvarın 14-17-də ilk dəfə BƏƏ-yə dövlət səfəri edəcək.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

O, BƏƏ-də bu ölkənin Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanla danışıqlar aparacaq, Cənubi Koreya hərbçiləri ilə görüşəcək və Seulun iştirakı ilə tikilmiş atom elektrik stansiyasına baş çəkəcək.

Daha sonra Cənubi Koreya lideri Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 17-də İsveçrəyə yollanacaq.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər