6 C
Baku
Sunday, December 15, 2024

Cənubi Koreya prezidentinin 6 müşaviri istefa vermək istəyir

Koreya Respublikası Prezidentinin aparat rəhbəri Mun Çje İn, eləcə də dövlət başçısının 5 müşaviri vəzifələrindən ayrılmaq istədiklərini bildirib.

TASS xəbər verir ki, bu barədə “Yonhap” agentliyi rəsmilər arasındakı mənbəyə istinadən məlumat yayıb.

İstefa vermək qərarına gələn məmurlar arasında prezident administrasiyasının rəhbərindən əlavə, dövlət və vətəndaş siyasəti, ictimaiyyətlə əlaqələr, kadr siyasəti, eləcə də vətəndaş cəmiyyəti məsələləri üzrə müşavirlər var.

Mənbənin bildirdiyinə görə, bu qərar hansısa vəziyyətin hərtərəfli araşdırılmasından sonra qəbul edilib, vəzifəli şəxslər həmin vəziyyətə görə məsuliyyət daşımağa hazır olduqlarını bildiriblər. Ancaq mənbə söhbətin nədən getdiyini açıqlamayıb.

Agentlik prezidentin administrasiya üzvlərinin istefasını qəbul edib-etməməklə bağlı son qərarı özündə saxladığını da vurğulayıb.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər