16 C
Baku
Monday, May 6, 2024

Cənubi Koreya Rusiya Mərkəzi Bankı ilə əməliyyatları dayandıracaq

Koreya Respublikası Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya Mərkəzi Bankı ilə əməliyyatları dayandıracaq.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, bu addımın təfərrüatları daha sonra – müvafiq idarələrlə məsləhətləşmələrin ardından açıqlanacaq.

Daha əvvəl rəsmi Seul Qərbin sanksiyaları altında olan 7 Rusiya bankı ilə hesablaşmaları dayandırmışdı.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər