-1 C
Baku
Sunday, December 15, 2024

Cənubi Koreya Rusiyanın Ukraynaya dair qərarını rədd etdi

Cənubi Koreya nə Donetsk və Luqansk, nə də Xerson və Zaporojye vilayətlərində keçirilən “referendumları”, nə də bu regionların Rusiyaya birləşdirilməsini tanıyır.

Bunu Cənubi Koreya Xarici İşlər Nazirliyi bəyan edib.

“Hökumətimiz Rusiyanın BMT Nizamnaməsini pozaraq Ukraynaya təcavüzünü qətiyyətlə pisləyir. Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməlidir. Cənubi Koreya hökuməti Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumları, habelə Ukrayna ərazisinin Rusiya tərəfindən ilhaqını tanımır”, – Cənubi Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Dünən prezident Vladimir Putin həmin 4 vilayətin Rusiyaya birləşdirilməsi və Rusiya Federasiyasının tərkibində yeni subyektlərin formalaşdırılması haqqında saziş imzalayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər