3 C
Baku
Saturday, December 14, 2024

Cənubi Koreya Rusiyaya qarşı sanksiyaları dəstəkləməyib

Cənubi Koreya Rusiyaya mal tədarükünün bərpasına nail olmaq niyyətindədir.

Banker.az xəbər verir ki, bu barədə ölkənin ticarət naziri Yo Han Qu bildirib. O vurğulayıb ki, ölkə üçün iqtisadi faydaları nəzərə almaq və bütün mümkün riskləri minimuma endirmək lazımdır.

İndi Cənubi Koreya tərəfi maşın və avadanlıqlarda istifadə olunan Amerika yarımkeçiricilərinin ticarətinə icazə almaq üçün ABŞ-la danışıqlar aparır.

ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edərək, ölkəyə Amerika texnologiyası ilə malların tədarükünü məhdudlaşdırıb. İndi istehsalçılar Rusiya ərazisinə bu cür məhsulların idxalı üçün xüsusi lisenziya almalıdırlar. Cənubi Koreya üçün Koreya texnologiyasının istehsalında istifadə edilən Amerika yarımkeçiriciləri xüsusi maraq doğurur.

Hələ fevralın 28-də Cənubi Koreya Xarici İşlər Nazirliyi ölkənin Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmağa hazır olduğunu bildirib. Seul Rusiyaya malların tədarükünü məhdudlaşdırmağı və onu məlumatların ötürülməsi və SWIFT ödənişlərinin həyata keçirilməsi üçün banklararası sistemdən ayırmağı planlaşdırırdı.

Cənubi Koreya hökuməti İranın BMT-yə olan borclarını ödəyib. Tehranın BMT-yə 18.4 milyon dollar ianə borcu olub. Cənubi Koreya hakimiyyəti ABŞ sanksiyalarının tətbiqindən sonra respublika banklarında dondurulmuş İran aktivlərindən ödəniş üçün pul götürüb.

Son xəbərlər
Digər xəbərlər