13 C
Baku
Saturday, April 27, 2024

Cənubi Koreya Şimali Koreya PUA-larına atəş açıb

Cənubi Koreya Şimali Koreyanın pilotsuz uçuş aparatlarına atəş açıb.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, Cənubi Koreya Şimali Koreyadan iki ölkə arasındakı demarkasiya xətti kimi tanınan əraziyə keçən pilotsuz uçuş aparatlarını qeydə alıb.

“Şimali Koreyaya məxsus pilotsuz uçuş aparatlarının hava məkanını pozmasından sonra Cənubi Koreya döyüş təyyarələri və hücum helikopterləri xəbərdarlıq atəşi açıb”, – məlumatda qeyd olunub.

Cənubi Koreyanın Nəqliyyat Nazirliyi isə İnceon və Gimpo hava limanlarından təyyarə uçuşlarının Müdafiə Nazirliyinin tələbi əsasında dayandırıldığını bildirib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər