Cənubi Koreya süni intellekt və çip istehsalının inkişafına $576 milyarddan çox sərmayə qoyur

Cənubi Koreya yarımkeçiricilər və süni intellekt infrastrukturu üzrə $576 milyarddan çox həcmdə investisiya proqramı elan edib. Ölkə prezidenti Li Çje Men bildirib ki, Seul yaddaş çipləri, data mərkəzləri və “fiziki süni intellekt” də daxil olmaqla, Sİ-nin əsas texnologiyalarının inkişafını sürətləndirməlidir.

Proqramın əsasını “Samsung Electronics”, “SK Hynix” və onların təchizatçılarının investisiyaları təşkil edəcək. Şirkətlər yeni istehsal ekosisteminin yaradılmasına təxminən 800 trilyon von ($518 milyard) yönəldəcək, “Samsung” və “SK Hynix” isə ölkənin cənub-qərbində hər biri çip istehsalı üzrə iki iri zavod tikəcək.

Hakimiyyət Seul yaxınlığında yarımkeçiricilərin qablaşdırılması üzrə klasterin yaradılmasına əlavə olaraq 81 trilyon vona qədər vəsait ayırmağı planlaşdırır.

Hökumət hesab edir ki, yeni layihələr Cənubi Koreyaya Sİ sistemləri üçün yaddaş istehsalında liderliyini qorumağa və iqtisadiyyatın paytaxt ətrafındakı artıq yüklənmiş sənaye rayonlarından asılılığını azaltmağa imkan verəcək.

“Reuters”in məlumatına görə, proqram həmçinin DRAM çiplərinin istehsalının artırılmasını və süni intellekt sürətləndiricilərində istifadə olunan yüksək ötürmə qabiliyyətli HBM yaddaşının istehsalının inkişafını nəzərdə tutur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər