Cənubi Koreya heç vaxt Ukraynaya ölümcül silahlar göndərməyib.
Bu fikri Cənubi Koreya Prezidenti Yun Sok Yol Rusiya Prezidenti Vladimir Putinin Cənubi Koreyanın Ukraynaya silah göndərməsinin Moskva-Seul münasibətlərinə mənfi təsir edəcəyi ilə bağlı fikrinə cavab olaraq deyib.
“Biz beynəlxalq ictimaiyyətlə həmrəy formada Ukraynaya yalnız humanitar və sülhpərvər yardım etmişik. Amma heç vaxt ölümcül silahlar və ya bu cür başqa heç nə verməmişik”, – deyə Cənubi Koreya Prezidenti jurnalistlərə açıqlamasında bildirib. O, Cənubi Koreyanın bütün ölkələrlə, o cümlədən Rusiya ilə mehriban və yaxşı münasibətləri qoruyub saxlamağa çalışdığını deyib.
“Yonhap” agentliyi hökumətdəki mənbələrə istinadla yazır ki, Cənubi Koreya Ukraynaya gülləkeçirməyən jiletlər, dəbilqə də daxil olmaqla bəzi hərbi məhsullar, habelə tibbi ləvazimatlar göndərsə də, Kiyevin ölümcül silahlar barədə xahişini rədd edib.