13 C
Baku
Tuesday, May 14, 2024

Cənubi Koreyada iqtisadi artım 11 illik maksimuma çatıb

Cənubi Koreya iqtisadiyyatı keçən il əvvəlki illə müqayisədə 4% genişlənib ki, bu da son 11 il ərzində ən yüksək artım tempidir.

Bu barədə Koreya Bankının hesabatında deyilir.

Ölkənin ÜDM-i IV rübdə illik ifadədə 4,1%, III rüblə müqayisədə isə 1,1% artıb.

Oktyabr-dekabr aylarında istehlak xərcləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3% (III rübdə artım 3,3%), dövlət xərcləri 8,1% (6,5%) artıb. İxracın həcmi 6,1%, idxal isə 9,7% artıb.

Bu arada, kapital artımı III rübdəki 1,5%-dən 1,1%-ə qədər yavaşlayıb.

Oktyabr-dekabr aylarında istehlak xərcləri III rüblə müqayisədə 1,7%, dövlət xərcləri isə 1,1% artıb.

Yarımkeçirici komponentlərin və neft məhsullarının tədarükü hesabına ixrac 4,3% artıb. Xam neft və kimya məhsullarının alışının artması hesabına idxal da 4,3% artıb.

III rübdə Cənubi Koreyanın ÜDM-i illik müqayisədə 4%, rüblük ifadədə isə 0,3% artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər