10 C
Baku
Wednesday, December 11, 2024

Cənubi Koreyada işsizliyin səviyyəsi 4,7 faizə çatıb

Asiyanın ən böyük dördüncü iqtisadiyyatına sahib olan Cənubi Koreyada fevralda işsizliyin səviyyəsi 4,7 faizə çatıb. Fevralda işsizlərin sayı 1,3 milyon nəfər təşkil edib.

Bu barədə Yonhap agentliyi hökumətin hesabatına istinadla xəbər yayıb. Bu rəqəm, ölkə iqtisadiyyatında inkişafın sürətinin azalmasını göstərir. Ötən ay 15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 9,5 faiz olub.

Cənubi Koreyanın iqtisadiyyat və maliyyə naziri Honq Nam-ki bildirib ki, fevralda 263 min yeni iş yeri açılıb. Son 13 ayda ilk dəfədir ki, yeni iş yerlərinin sayı 200 mini keçir. Buna baxmayaraq, ötən ay ölkənin istehsal sahəsində 151 min, pərakəndə və topdan satış sektorunda isə 60 min iş yeri azalıb.

AzərTac

Son xəbərlər
Digər xəbərlər