8 C
Baku
Friday, December 13, 2024

Cənubi Koreyanın keçmiş Prezidenti azadlığa buraxılır

Cənubi Koreya hakimiyyəti 22 il həbs cəzasına məhkum edilmiş keçmiş Prezident Pak Kın Heni əfv edəcək.

“Yonhap” agentliyi xəbər verir ki, sabiq Prezident 2017-ci ildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək həbs edilmişdi.

69 yaşlı Pak Kın He Yeni il bayramı ilə əlaqədar olaraq amnistiyaya düşən şəxslər siyahısına əlavə edilib. Keçmiş Prezident barəsində sözügedən qərar səhhəti ilə bağlı yaşadığı probemlərə görə verilib. Belə ki, Pak Kın He 2019-cu ildə çiynindən əməliyyat olunub. Bu il isə o, çiynində və onurğasındakı xroniki ağrılara görə üç dəfə xəstəxanaya yerləşdirilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər