Koreya Respublikası Koreya Xalq Demokratik Respublikası tərəfindən Sarı dəniz istiqamətində atəş açılmasına görə Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.
Məlumatı Cənubi Koreyanın “Yonhap” agentliyi yayıb.
Bildirilib ki, Şimali Koreya Pxyonan-Namdo əyalətindən Sarı dəniz istiqamətinə 4 mərmi atıb. Cənubi Koreya hərbçiləri etimal edir ki, mərmilər çoxsaylı buraxılış raket sistemindən atılıb:
“Biz döyüş hazırlığı vəziyyətimizi saxlayır və vəziyyəti diqqətlə izləyirik”.
Bildirilib ki, şuranın toplatısı 30 dəqiqə sürüb. Toplantı iştirakçıları məsələni ABŞ-la əməkdaşlıq əsasında təhlil etmək barədə qərar qəbul ediblər.