9 C
Baku
Friday, December 13, 2024

Cənubi Qafqaz Boru Kəməri vasitəsilə qaz ixracı 11%-dək artıb

2022-ci ilin ilk rübündə Azərbaycanda boru kəməri (qaz kəməri) nəqliyyatının əsas göstəriciləri açıqlanıb.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda ümumilikdə 10 mlrd 769.6 mln kubmetr həcmində qaz nəql edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda qaz nəql edilməsi 9.7% artım təşkil edib.

Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə dünya bazarlarına 5 mln 076.1 min kubmetr qaz ixrac olunub. Ötən il bu göstərici 4 mln 539.8 min kubmetr olub. (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 10.7%-lik artım).

2022-ci ilin birinci rübündə Azərbaycanda boru kəməri nəqliyyatından əldə olunan gəlir 569 milyon 903.6 min manat təşkil edib. Ötən il isə bu göstərici 473 milyon 248.4 min manat təşkil edib. (2021-ci illə müqayisədə 20.4% -lik artım)

Qeyd edək ki, CQBK 2006-cı ildə istismara verilərək əvvəlcə Azərbaycana və Gürcüstana, 2007-ci ildən isə Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. Boru kəmərinin uzunluğu 691 km-dir. Ötürücülük gücü 48.5 milyon kubmetrdir.

Son xəbərlər
Digər xəbərlər