7 C
Baku
Wednesday, November 30, 2022

C.Yellen: ABŞ-da resessiya riski mövcuddur

ABŞ-da resessiya riski mövcud olsa da, bundan yan keçmək mümkündür.

Bunu ABŞ-ın maliyyə naziri Cenet Yellen CNN-ə müsahibəsində bildirib.

Yelen bildirib ki, Federal Rezerv Sistemi (FED) inflyasiyanı cilovlamaq üçün maliyyə siyasətini sərtləşdirir. Bu da resesssiya riskini artırır.

“Biz resessiya riskini görürük. Lakin bizim əmək bazarımız etibarlı olduğu üçün bunun öhdəsindən gələ bilərik. Lakin inflyasiya çox yüksək həddədir və biz bunu azaltmalıyıq” – deyə iqtisadçı bildirib.

Qeyd edək ki, iyun ayında ABŞ-da son 40 ilin ən yüksək inflyasiyası qeydə alınıb. İyulda isə inflyasiya nisbətən azalaraq 8,5%-ə enib. FED inflyasiyanın qarşısını almaq üçün uçot dərəcəsini artırıb.

Son xəbərlər
Digər xəbərlər
X