“İnanırıq ki, xidmət turizmi, əyləncə industriyası, nəqliyyat və ticarət logistikası və digər bu kimi klasterlər istiqamətində araşdırmalar həyata keçiriləcək. Bu, ixracın həm əmtəə tərkibinin, həm də coğrafiyasının şaxələnməsinə geniş imkanlar açır”.
Banker.az xəbər verir ki, Bunu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.
“Qeyd etmək istəyirəm ki, sahibkarlığın kompetensiyalarının gücləndirilməsi, o cümlədən xarici bazarlarda rəqabətədavamlı məhsuldar fəaliyyət göstərməsi üçün zəruri addımlar da planlaşdırırıq. Çünki təcrübə onu göstərir ki, bir çox hallarda keyfiyyətli mal və məhsula malik olduğumuz halda da xarici bazarlara çıxışda bəzən özəl sektorda bilik, bacarıq çatışmır və dövlət tərəfindən bununla bağlı zəruri dəstək mexanizmləri hazırlanıb təklif olunacaq”.