“Cadillac” loqosunu yeniləyib

Avtomobil sənayesində elektrikləşmənin inkişaf etməsi ilə bir çox istehsalçı identikliyini yenidən kəşf etmək imkanına sahibdir.

Banker.az xəbər verir ki, lüks avtomobil markası “Cadillac” da bunu edib – şirkət loqosunu yeniləyib.

Əslində, “Cadillac” yeni loqonu daha əvvəl – “Lyriq” elektrikli krossoverini təqdim etdiyi dövrdə nümayiş etdirib. Verilən məlumata görə, yeni loqo yalnız elektrikli avtomobillərdə istifadə olunacaq. Xatırladaq ki, “Cadillac” daxili yanma mühərrikli avtomobillərdən 2030-cu ilə qədər imtina edəcək.

Son xəbərlər
Digər xəbərlər