10 C
Baku
Friday, December 13, 2024

Call center specialist (DemirBank OJSC)

İşin təsviri:

Bu vəzifədə çalışan əməkdaş bankın telefon məlumat mərkəzinin işçisi olacaqdır. O, müştəri xidmətlərinin geniş fəaliyyət dairəsi üzrə müştərilərin telefon və e-mail vasitəsilə yönəlmiş müraciətlərini cavablandırmaq, onlara məsləhət xidmətləri göstərmək kimi işlərə cavabdeh olacaqdır. Gələcək əməkdaşın bankımızın müştəri xidməti səviyyəsini layiqli şəkildə yerinə yetirməsi, müştərilərin müraciətlərini dolğun şəkildə cavablandırması məqsədilə o, üç aylıq ödənişli təcrübə müddətində olacaqdır.

Call center mütəxəssisi üçün Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq növbəli iş qrafiki müəyyənləşdiriləcəkdir və işçi gündüz, axşam və gecə növbələrində çalışacaqdır.

İŞÇININ VƏZIFƏSI:

• Bank və onun xidmətləri barədə şöbəyə telefon, email və sayt ilə online olaraq müraciət edənlərə məlumat və məsləhət xidmətlərinin göstərilməsi;
• Şöbəyə telefon, email və sayt ilə online olaraq daxil olan müraciət və məlumatların zəruri instansiyalara yönləndirilməsi;
• “Telefon-Bankçılıq“ xidməti vasitəsi ilə plastik kart sahiblərinin kommunal, rabitə və sair xidmətlərin ödənişlərinin həyata keçirilməsi;
• Saytdan plastik kart və kartla kredit xətti online sifarişlərin qəbul edilməsi, müvafiq qaydaya əsasən onların izlənilməsi və yönəldilməsi;
• Təcili pul köçürmə sistemləri üzrə daxil olan vəsaitlərlə bağlı müvafiq qaydaya əsasən müştərilərə məlumatın verilməsi;
• Korporativ müştərilərə  müvafiq qaydaya uyğun olaraq onların hesabı üzrə məlumatın verilməsi;
• Müraciət edən müştərilərə çarpaz satış qaydalarına uyğun olaraq Bankın digər məhsul və xidmətlərinin təklif edilməsi;
• Daxil olan müştəri şikayət və təkliflərini qəbul edib müvafiq  instansiyalara keçirilməsi.

TƏLƏBLƏR:

• Ali təhsilin olması;
• Yüksək ünsiyyət qabiliyyətinin olması;
• Rus və Azərbaycan dillərində yüksək səviyyədə danışıq və yazı bacarığının olması (İngilis dili biliyi üstünlükdür);
• Yüksək yazışma və problemləri həll etmə bacarığının olması;
• Telefon ünsiyyətinin yüksək səviyyədə olması;
• Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
• Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşəkarlıq və yüksək təzyiq altında işləmək bacarığının olması;
• Növbəli iş rejimində işləmək imkanına sahib olması;
• MS Office proqramlarında işləmək bacarığının olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Call center specialist” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, şəxsi baxışlarına görə ayrı-seçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər