30 C
Baku
Thursday, June 30, 2022

Rusiya-Ukrayna müharibəsinin 9-cu günü

23:43  -Rusiya Tvitteri də blokladı


23:08  -Beynəlxalq reytinq agentliyi Fitch Rusiyanın 11 enerji şirkətinin reytinqini aşağı salıb


22:54 -G7 ölkələri Rusiya qazından asılılığın azaldılması ilə bağlı razılığa gəliblər


22:16 -Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti Rusiyada “Facebook”u qadağan etdi


21:44 -Zelenski: Əgər biz məğlub olsaq, Avropa məğlub olacaq, qazansaq bu, böyük bir zəfər olacaq


21:20 -Çex könüllülərə Ukrayna tərəfdə vuruşmaq üçün icazə verildi


20:12 -Monteneqro Rusiya təyyarələri üçün hava məkanını bağlayıb


20:11 -Ukrayna hərbiçləri Nikolayevdə Kulbakino hava limanını geri alıb


18:26 -Martın 3-dən Qlobal Limanlar “Sankt-Peterburq”da bir neçə terminalda ixrac konteynerlərinin qəbuluna müvəqqəti məhdudiyyətlər tətbiq edib


18:16 -Türkiyə hava məkanını Rusiya üçün bağlamayacaq


18:11 -Britaniyanın avtomobil istehsalçısı Rolls-Royce Rusiyaya avtomobil tədarükünü dayandırır


18:09 -Microsoft Rusiyada xidmətlərini və satışını dayandırır


17:12  —NATO rəhbəri Yens Stoltenberq: NATO Ukrayna üzərində uçuşa qadağa qoyulması çağırışlarını rədd edir.


17:09  —Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, Zelenski Ukraynanı tərk edib və Polşadadır.


17:05  — BMT Təhlükəsizlik Şurası bu gün Ukrayna ilə bağlı təcili iclas keçirəcək. diplomatlar. AFP-yə diplomatlar bildirir.


17:04  — NATO Ukraynadakı münaqişə kontekstində Gürcüstan və Bosniya və Herseqovinaya əlavə dəstək verəcək. NATO rəhbəri Yens Stoltenberq bildirir.


17:03  — Ermənistanın “Flyone Armenia” aviaşirkəti martın 14-dən Moskvaya uçuşların sayını həftədə ikidən beşə çatdıracaq. Şirkətin idarə heyətinin sədri bildirib.


16:58  — Fransız moda evi Hermes Rusiyada butiklərini bağlayır.


16:57  — “Hitachi” Rusiyadakı fəaliyyətini dayandırıb.


16:55  NATO yaxın günlərdə Ukraynada vəziyyətin daha da pisləşəcəyini, ölən və yaralananların sayının artacağını gözləyir, Stoltenberq deyir.


16:23  — Türkiyə XİN rəhbəri hesab edir ki, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə dialoq qurmağa qadir olan nadir ölkələrdən biridir.


15:43  Rusiyanın Dövlət Duması fiziki şəxslərə qiymətli metalların külçələrdə alınması üçün 20% ƏDV-nin ləğvi haqqında qanunu qəbul edib.


15:40  — “Aeroflot” qlobal elektron bilet sifariş sistemindən çıxarılıb.


15:24  — Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın qonşularına qarşı heç bir pis niyyəti yoxdur. Rusiya yalnız digər ölkələrin mənfi hərəkətlərinə cavab verir.


15:23  — “General Electric” Ukraynaya 4,5 milyon dollar məbləğində tibbi avadanlıq və humanitar yardım edir.


15:20  — Donetsk səmasında Rusiyanın “Su-25” qırıcısı vurulub


15:14  — Aİ Rusiya və Belarusla sərhədyanı əməkdaşlıq proqramlarını dayandırır.


15:00  — “Şimal axını -2”-nin operatoru “Nord Stream 2 AG” müflüs olduğunu elan edib.


14:40  Rusiya ordusu Ukraynanın cənubundakı Mikolayevə (əvvəlki Nikolayv) daxil olub.



14:14  — Avropa birjaları Ukrayna böhranı ilə əlaqədar 3%-dən çox düşüb.


14:00  — Rusiya Dövlət Duması sanksiya altında olan vətəndaşlara və biznesə dəstək tədbirləri haqqında qanun qəbul edib.


13:51  — Lukaşenko bu gün bunları bildirir:

      • Ukraynadakı münaqişə nə qədər çətin olsa da, bitəcək və sanksiyalar müharibəsi uzun müddət davam edəcək.
      • Bu gün Putinlə Ukraynadakı vəziyyəti və sanksiyaları müzakirə etmişəm.
      • Rusiyanı “qan içində boğmaq” üçün Qərbə Ukraynada müharibə lazımdır.
      • Belarus ordusu Ukraynaya müdaxilədə iştirak etməyəcək.
      • Belarus qanunvericiliyi 2 il ərzində yeni konstitusiyaya uyğunlaşdırılmalıdır.

13:46  — Rusiya MN bildirir ki, Ukraynanın Enerqodar şəhəri və Zaporojye AES nəzarətə götürülüb.


13:43  — Ukraynada raket avtomobilin üzərinə düşüb, bir azərbaycanlı ölüb, biri yaralanıb

Bunu Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev bildirib.


13:35  — Cənubi Koreya ABŞ-ın “qara siyahısı”na düşən Rusiyanın 49 təşkilatı və şirkətinə ixracat məhdudiyyətinin tətbiqi ilə bağlı qərar qəbul edib.

Məlumata görə, Cənubi Koreyanın Rusiya ilə ticarət etmək istəyən hüquqi şəxslər xüsusi lisenziya almalıdır. Bildirilib ki, sanksiya tətbiq edilənlər siyahısına Rusiyanın Müdafiə Nazirliyi də daxildir.


13:27  — Ukraynanın Enerqodar şəhəri və Zaporojye AES-i nəzarətə götürülüb.


12:58  — NATO Baş katibi bildirir ki, “biz Rusiya ilə müharibə istəmirik.


12:15  — Belarus Müdafiə Nazirliyindən verilən məlumata görə, sərhədin bütün perimetri boyunca hava hücumundan müdafiə sistemi gücləndirilib. – TASS


12:15  Kəşfiyyat məlumatına görə, Rusiya Ukraynanın işğalını 6 martda başa çatdırmağı planlaşdırır.


11:58 — Swarovski Rusiyada satışlarını dayandırır.


11:40  — NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayır.

Qeyd edək ki, fövqəladə iclasda Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu da iştirak edəcək.


11:34  ABŞ rəsmisi* bildirir ki, Rusiya müharibəni dayandıraraq Ukraynada tikintilərə yardım və sülhü bərpa edərsə, ölkənin suverenliyini və ərazi bütövlüyünü tanıyarsa, sanksiyalar da aradan götürülər.

*ABŞ dövlət katibinin siyasi işlər üzrə müavini Viktoriya Nuland TASS-a müsahibəsində


11:32  — Çexiyanın Baş naziri Petr Fial keçirdiyi brifinqdə bildirib ki, Ukraynadan gələn qaçqınlarla əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

“Artıq Ukraynadan 30 min qaçqın Çexiyaya sığınıb. Onların yerləşdirilməsini daha səmərəli etmək üçün hökumət martın 4-dən aprelin 4-dək fövqəladə vəziyyət rejimi tətbiq edib”.


11:31  — Zelenskinin ofisi NATO-nu Ukrayna səmasını bağlamağa çağırıb.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də yazıbYalnız “qapalı səma” eskalasiyanı kəskin şəkildə dayandıracaq.

“Bu müharibənin əsasında mülki infrastruktura, böyük şəhərlərə və mülki əhaliyə raket və hava zərbələrinin endirilməsi dayanır. Yalnız “qapalı səma” eskalasiyanı kəskin şəkildə dayandıracaq. Qərb tərəfdaşlarımızın müharibəni bitirmək üçün məsuliyyəti öz üzərinə götürməsinin vaxtıdır…”, – Podolyak bildirib.

Qeyd edək ki, Ukrayna NATO müttəfiqlərini Ukrayna səmasını bağlamağa çağırır.

Ukraynalı rəsmilər bildirir ki, bu, mülki əhalini Rusiya qüvvələrinin aviasiya və raket zərbələrindən xilas etmək üçün vacibdir.


11:20  — Rublun məzənnəsi yenidən ucuzlaşıb.


10:56  — Ukraynanın bu şəhərlərində həyəcan siqnalı verilir:

      • Rivne
      • Kiyev
      • Uman
      • Ternopl
      • Vinnitsa
      • Xarkov
      • Vasilkov
      • Lutsk

10:34  — Rusiya qüvvələri Zaporijjya Atom Elektrik Stansiyasını ələ keçirib.


10:15  — Roskomnadzor “Meduza”, “Azadlıq” radiosu və BBC-nin rus xidmətinə girişi məhdudlaşdırıb, bu barədə qurumun reyestrində bildirilir.


09:50  — Ukrayna hərbi əməliyyatlara görə qaz ixracını dayandırıb.


09:48  — Artıq beşinci gündür ki, Moskva birjası ticarət üçün bağlıdır.


09:46  — BBC: Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əl-Səud Zelenski ilə Putin arasında vasitəçi olmaq istəyir.


09:40  — FOX News yazır ki, Putın Rusiyanın şərqindən Ukraynadakı “hərbi əməliyyatlara” əlavə qüvvə cəlb edir. Dəmir yolu ilə Ukraynaya çatmaq üçün onlara bir həftə vaxt lazım olacaq.


09:18  — Çeçenistan prezidenti Ramazan Kadırov:

“Cənab Prezident Vladimir Putin, dəfələrlə demişəm ki, mən sizin piyada əsgərinizəm, sizə görə canımı verməyə hazıram. Əsgərlərimizin, döyüşçülərimizin necə öldüyünü seyr edə bilmirəm. Sizdən xahiş edirəm ki, hər şeyə göz yumun və orada baş verənləri bir-iki günə bir anda bitirsinlər. Yalnız bu, dövlətimizi və xalqımızı xilas edəcək. Bu, mənim əmin fikrimdir.

Döyüşçülərimizə əmr verin ki, Xarkovu, Kiyevi və bütün digər şəhərləri tez, aydın, səmərəli şəkildə ələ keçirsinlər.”


09:14 — Zaporojye AES-dəki yanğın nəzarət altına alınıb. Ukrayna Fövqəladə Hallar Xidmətinin əməkdaşları yanğını söndürür.


09:10Martın 4-dən Rusiya Mərkəzi Bankı fiziki şəxslər üçün brokerlər vasitəsilə xarici valyutanın alınması üzrə əməliyyatlar üzrə komissiyanı 30%-dən 12%-ə endirir.

Requlyator hüquqi şəxslər üçün brokerlər vasitəsilə valyuta alışı üçün komissiya tətbiq edir. Bu əməliyyat məbləğinin 12% səviyyəsindədir.

Qeyd edək ki, martın 3-dən etibarən RMB brokerlərə birjadan dollar, avro və funt sterlinq alan fiziki şəxslərdən əqdin dəyərinin 30%-i qədər komissiya tutmaq barədə təlimat verilmişdi.


09:04 – Google Rusiyada reklamları və monetizasiyanı dayandırıb.


09:00 – “Porsche” Rusiyaya avtomobil tədarükünü dayandırıb.


05:20 – Psaki: ABŞ Ukrayna üzərində uçuşa qadağa zonası yaratmağı planlaşdırmır.


05:20 –ABŞ Çinin Rusiyaya qarşı sanskiyalara qoşulmasını istəyir.


05:08 – “Standard & Poor’s” (S&P) beynəlxalq kredit reytinq agentliyi Rusiyanın uzunmüddətli xarici valyutada suveren kredit reytinqini “BB+”-dan “CCC-”-yə, yerli valyutada uzunmüddətli reytinqini isə “BBB-”-dən “CCC-”-yə endirib.


03:37 – Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb ki, Martın 3-də Ukraynanın hava hücumundan müdafiə vasitələri Rusiya ordusunun daha üç hərbi təyyarəsini məhv edib.

Qeyd olunub ki, Rusiyanın Su-30SM, Su-34 və Su-25 təyyarələri vurulub. Bildirilib ki, düşmən helikopterinin itkiləri dəqiqləşdirilir.


02:52 – ABŞ-ın Müdafiə Naziri deyib ki, Ukraynaya atılan 480 raketin 70-i Belarusdan buraxılıb.


02:29 – Fransa Prezidenti Emmanuel Makron deyir ki, Putin Ukraynaya hücumlarını dayandırmaqdan imtina edir.


01:00 – ABŞ Konqresinə Ukrayna hadisələri ilə əlaqədar Rusiyadan enerji idxalını qadağan edən qanun layihəsi təqdim edilib.

“Vladimir Putin enerji sektorundan müharibə silahı kimi istifadə edir. Rusiyanın hərəkətləri ABŞ-ın milli təhlükəsizliyinə, eləcə də milli və beynəlxalq enerji siyasətimizə əsaslı şəkildə yenidən baxılmasını tələb edir”, – sənəddə deyilir.


00:31 – Hazırda BMT Təhlükəsizlik Şurasında BMT sülhməramlılarının Ukraynaya göndərilməsi ilə bağlı heç bir müzakirə aparılmır.


00:20 – ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, ABŞ nüvə qüvvələrinin hazırlıq səviyyəsini artırmaq niyyətində deyil.


00:13 – Ukraynalı qaçqınlar fövqəladə vəziyyət planına uyğun olaraq üç ilə qədər Avropa İttifaqında yaşamaq və işləmək hüququ əldə edəcəklər.

MÜHARİBƏNİ SƏKKİZİNCİ GÜNÜ

Son xəbərlər
Oxşar xəbərlər