7 C
Baku
Sunday, December 15, 2024

Cari ildə Rusiyadan Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa investisiyalar kəskin azalıb

Rusiya Federasiyasından Azərbaycan iqtisadiyyatına yönəldilən birbaşa investisiyalar kəskin düşüb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin ilk rübündə Rusiyadan ölkə iqtisadiyyatına cəmi 51.24 milyon dollarlıq sərmayə yatırılıb. Bu 2022-ci ilin eyni dövründə 248.82 milyon dollar həcmində olduğunu nəzərə alsaq illik 79% azalmadır.

Azərbaycan Rusiya iqtisadiyyatına birbaşa investisiyaların həcmi isə illik 6 dəfədən çox artaraq 8.16 mln. dollar olub.

Azərbaybaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalar

      2022-ci il, I rüb     2023-cü il, I rüb
Dövlətlərin adı Məbləğ, Xüsusi Məbləğ, Xüsusi
  min $ çəkisi,% min $ çəkisi,%
CƏMİ 1,814,146 100.0 1,501,469 100.0
Birləşmiş Krallıq 428,050 23.6 464,723 31.0
Türkiyə 264,675 14.6 289,439 19.3
Kipr 263,727 14.5 201,522 13.4
İran İslam Respublikası 85,676 4.7 100,561 6.7
Niderland 1,466 0.1 97,973 6.5
Yaponiya 69,591 3.8 63,922 4.3
Birləşmiş Ərəb Əmirlikləri 20,004 1.1 54,343 3.6
Rusiya Federasiyası 248,819 13.7 51,240 3.4
Macarıstan 4,911 0.3 47,464 3.2
Amerika Birləşmiş Ştatları 94,509 5.2 38,229 2.5
Norveç 38,996 2.1 37,082 2.5
Hindistan 12,543 0.7 11,388 0.8
Almaniya 7,072 0.4 9,768 0.7
Avstriya 16,401 0.9 6,520 0.4
Gürcüstan 5,550 0.3 6,114 0.4
Çin 1,362 0.1 3,500 0.2
İsveçrə 116,146 6.4 2,871 0.2
Qazaxıstan 1,076 0.1 2,543 0.2
Çexiya Respublikası 12,429 0.7 1,931 0.1
Lixtenşteyn 1,890 0.1
Kanada 171 1,879 0.1
İsrail 1,573 0.1 1,124 0.1
Belarus 703
Lüksemburq 8,174 0.5 600
Latviya 490 576
Belçika 269 570
İspaniya 5 546
Bolqarıstan 229 362
Fransa 1,032 0.1 215
Digər dövlətlər 109,201 6.1 1,871 0.1

 

Son xəbərlər
Digər xəbərlər