-3 C
Baku
Sunday, December 15, 2024

“Cash pooling” nədir?

“Cash pooling” – bir neçə bank hesabını idarə etmə sistemidir. Tutaq ki, çoxlu filialları və ya törəmə şirkətləri olan şirkətlər qrupu və ya holdinq var. Bir-biri ilə əlaqəli olan bu müəssisələrin hər birinin öz bank hesabı olur. Bu halda “cash pooling” onlara öz hesablarına vahid hesab kimi yanaşmağa imkan verir. Bundan əlavə, “cash pooling”  müəssisələrin vergitutma bazası azaldığından vergiləri optimallaşdırır.

Vacib nüans – bütün şirkətlərin hesabı eyni bankda olmalıdır.

Nüanslar

“Cash-pooling”in iki növü var:

  • maddi (fiziki) – şirkətlərin fərdi hesablarından pulun köçürüldüyü əsas hesab açılır;
  • virtual (nominal) – hesablar arasında vəsait hərəkəti yoxdur, onlar vahid hesab kimi qəbul edilir, sonda bütün hesabların müsbət və mənfi qalıqları toplanır.

Poblem nədir?

Bir sıra ölkələrdə “cash-pooling” qanunla tənzimlənmir, buna görə də vahid hesabın idarə edilməsi sxemi ilə bağlı suallar yarana bilər.

Son xəbərlər
Digər xəbərlər