10 C
Baku
Friday, December 13, 2024

Cashback – nədir?

Hərfi tərcümədə bu pulların qaytarılması mənasını ifadə edir. Online alış-verişlərdə isə bu termin alıcının aldığı məhsula xərclədiyi pulun bir hissəsinin geri qaytarılması deməkdir. Bu mahiyyət etibarilə bir növ bonus proqramlarını xatırlatsa da, burada söhbət bal və yaxud bonusdan deyil, real pullardan gedir. Belə ki, alıcı alış-veriş etdikdən bir müddət, məsələn 1 ay sonra məhsul üçün ödədiyi məbləğin bir hissəsini geri alır.

Daha sadə dillə desək, bəzi online mağazalar hər hansı məhsulu məhz onlardan almağınız qarşılığında sizə cashback təklif edirlər. Məsələn, 300 AZN-lik bir smartfonu onlardan əldə etdiyinizdə sizə 50 AZN cashback vəd edir. Bunu bir növ endirim kimi də qəbul edə bilərsiniz. Lakin burada geri qaytarılma alış-veriş anında deyil, 1 ay kimi müddət ərzində qaytarılır.

Cashback saytlarının iş prinsipi bəs necədir?

Cashback saytlar mağazalarla əməkdaşlıq müqaviləsi imzalayır və mağazalar bu müqavilə əsasında saytlara yeni müştərinin cəlb edilməsi ilə bağlı edilən satışlardan müəyyən faiz ödəyir. Cashback saytlar isə öz növbəsində bu pulları birbaşa olaraq alıcıya geri qaytarır. Bu sxemin yeganə şərti odur ki, müştəri online mağazaya birbaşa linklə deyil, cashback saytda yerləşdirilmiş əməkdaşlıq linki ilə keçid alsın. Təbii ki, alıcı ilk növbədə sistemdə qeydiyyatdan keçməlidir.

Müştəriyə pulun qaytarılması isə qaydalara əsasən bank köçürmələri, bank çekləri və yaxud ödəniş sistemləri vasitəsilə həyata keçirilir. Burada geniş istifadə olunan ödəniş sistemi isə Paypal-dur.

Məbləğin cashback olaraq müştəriyə geri qaytarılma həcmi və şərtləri cashback saytlarla əməkdaşlıq edən mağazalardan asılıdır.

Son xəbərlər
Digər xəbərlər