3 C
Baku
Saturday, December 14, 2024

Cashback üçün m10 yoxsa akart? Hansı daha yaxşıdır?

Azərbaycanda son bir neçə ildə cashback qaytaran bank kartlarının sayı durmadan artır. Banklar müştəriləri özlərinə cəlb etmək üçün, bu kartlar vasitəsi ilə cəlbedici təkliflər verməklə öz aralarında rəqabət aparırlar. Artıq bir neçə aydır ki, bu yarışa bank olmayan təşkilatlarda qoşulublar. Bunlardan biri Azercell-in təqdim etdiyi akart, digəri isə PashaPay tərəfindən təqdim edilən m10 sistemidir. Bu kartlar istifadəçiyə virtual kart açmaqla ona online ödənişlər zamanı cashback qazandırır. Bəs bu kartlardan daha çox cashback qazanmaq üçün hansı daha sərfəlidir? Bu suala aşağıdakı cədvəldə cavab tapmaq olar.

Capture

Supermarketlər: Cədvəldəndə görünür ki, akart bütün supermartketlərdə alış-veriş zamanı 5% cashback verdiyi halda, m10-da yalnız Bravo supermarketində 3%, digərlərdində isə 2% cashback verir.

Aptek və YDM: büdcəmizin çox hissəsini aparan xərclərdən biridə məhz yanacaqdoldurma məntəqələrində və apteklərdə xərclədiyimiz vəsait təşkil edir. akart bu kateqoriyalar üzrə 5% cashback verdiyi halda, m10 sistemi 2% cashback verir.

Digər yerlərdə: Digər yerlər dedikdə, yuxarıda qeyd etdiyimiz kateqoriyalara aid olmayan istənilən yerdə bu sistemlər vasitəsi ilə ödəniş etdikdə akart 1%, m10 isə 2% cashback təqdim edir.

 

 

Son xəbərlər
Digər xəbərlər