6 C
Baku
Sunday, December 15, 2024

“Caspian Development Bank (CDB)” ASC əmanətlər üzrə faiz dərəcələrini artırdı

03 mart 2015-ci il tarixindən başlayaraq vətəndaşların “Caspian Development Bank (CDB)” ASC –də AZN və ya ABŞ Dolları ilə bir il müddətinə yerləşdirdikləri əmanətlər, faizlərin hər ay ödənilməsi şərtilə illik 12% ilə hesablanacaqdır.

Yerləşdiriləcək əmanətlərin minimal məbləği 500 AZN və ya ABŞ Dolları həcmində müəyyən edilir və Əmanətçiyə əmanət məbləğinin 90%-i həcmində kredit götürmək imkanı verilir.

Beləliklə, Bank əhalinin əmanətlərinin gəlirliliyini illik 3%-ədək artırmış olur. Həmçinin 60 ay müddətinə yerləşdiriləcək əmanətlər üzrə isə illik 14.5% hesablanacaq.

Hal-hazırda, Bankımız Tələbli, “Novruz”, “Olimpiya” və “Gələcəyim” Uşaq əmanətlərini təklif edir, daha ətaflı məlumat üçün www.cdbbank.az saytına daxil ola bilərsiniz.

“Caspian Development Bank (CDB)” ASC-də yerləşdirilən 30 000 AZN-ə (və ya valyuta ekvivalenti) illik faiz dərəcəsi 12%-ə qədər olan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.