22 C
Baku
Monday, October 7, 2024

“Caspian İnvest” BOKT-un zərəri 6 dəfəyə yaxın artıb

“Caspian Invest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 62 365 manat zərərlə başa vurub. 2021-ci ildə BOKT-un zərəri 11 176 manat olub ki, bu da illik müqayisədə 5.6 dəfə artım deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Caspian Invest”in faiz gəlirləri 45 min manat (əvvəlki ilə nisbətən 4.3% azalma), faiz xərcləri 1 451 manat (3 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Caspian Invest”in aktivləri 486 min manat olub ki, bu da illik müqayisədə 19.4% azdır. Bunun 336 min manat müştərilərə verilmiş xalis kreditlərdir. Belə ki, BOKT-un kredit portfeli 27% kiçilib.

c1 c2

 

Son xəbərlər
Digər xəbərlər