2 C
Baku
Saturday, December 14, 2024

Çavuşoğlu: “Ərdoğan Nobel mükafatına layiqdir”

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Qərar və İdarə Heyətinin iclasında Türkiyə Prezidentinin Ukraynada müharibənin dayandırılması üçün göstərdiyi səylər müzakirə olunub.

Bu barədə “Hürriyet” qəzeti yazıb.

Qeyd olunub ki, iclasda çıxış edən xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə başçısının Nobel Sülh mükafatına layiq olduğunu bildirib.

“Obama Nobel Sülh Mükafatına heç nə etmədən, sadəcə Fələstin məsələsində göstərdiyi səylərə görə layiq görülüb. Amma Cənab Prezident qat-qat artıq işlər görüb. Ona görə də o, Nobelə layiqdir”,- deyə o bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər