10 C
Baku
Thursday, December 12, 2024

Çavuşoğlu: “Bu təxribatlar həm də bizə qarşıdır, cavabı olacaq”

Azərbaycan və Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Ermənistan ara-sıra təxribatlara əl atır.

“Əlbəttə, Azərbaycanın buna qarşılıq verməməsi mümkün deyil. Şəhidlərə Allahdan rəhmət diləyirik, Azərbaycan xalqına başsağlığı veririk. Davamlı sülh istəyiriksə, Ermənistan təxribatlardan əl çəkməlidir. Bu təxribatlar həm bizə, həm də Azərbaycana qarşı atılan addımlardır. Bunların da cavabları olacaq”, – deyə Türkiyənin XİN başçısı Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlardan danışıb.

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər