“Hər zaman qardaş Azərbaycanın yanında olduq və olacağıq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu erməni terrorçuları tərəfindən qətlə yetirilən türkiyəli diplomatların xatirəsinə həsr olunmuş Nyu-Yorkdakı “Şəhid diplomatlar” sərgisinin açılış mərasimində deyib.
“Qarabağ müharibəsi dövründə “Azərbaycan tək deyil, türk milləti və dövləti hər zaman yanındadır” dedik”, – Türkiyə XİN başçısı vurğulayıb.