Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş katibi Antoni Quterreş ilə görüşüb.
Bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.
Onun sözlərinə görə, görüşdə Ukraynadakı son vəziyyət, Suriya və Liviya müzakirə olunub.
Xatırladaq ki, Ukrayna və Rusiyanın imzalayacağı taxıl ixracına dair sazişlə əlaqədar BMT Baş katibi İstanbula gəlib.