4 C
Baku
Friday, March 29, 2024

Çavuşoğlu: “Rusiya və Ukrayna gübrələrinin dünya bazarına çıxarılmasına çalışırıq”

“Ukrayna, Suriya, Liviya və Qafqazda apardığımız siyasət bütün dünyanın xeyrinə nəticələnir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.

O vurğulayıb ki, rəsmi Ankara beynəlxalq aktor olaraq fəal xarici siyasət həyata keçirir. Nazir “Taxıl sazişi”, Rusiya ilə Ukrayna arasnda əsir mübadiləsi kimi məsələri buna nümunə kimi göstərib: “İndi də Rusiya və Ukrayna gübrələrinin dünya bazarına çıxarılmasına çalışırıq”.

M.Çavuşoğlu Türkiyənin geniş coğrafiyada humanitar xarici siyasət yürütdüyünü bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər