7 C
Baku
Thursday, December 12, 2024

Çavuşoğlu: “Taxıl dəhlizi sazişi ərzaq böhranının həlli istiqamətində addım olacaq”

Taxıl dəhlizi sazişinin imzalanması hazırkı ərzaq böhranının həlli istiqamətində ilk addım olacaq.

Bu barədə öz “Twitter” səhifəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Sabah İstanbulda BMT-nin baş katibi, Ukrayna və Rusiya nümayəndə heyətləri ilə birlikdə mövcud ərzaq böhranının həlli istiqamətində ilk addımı atacağıq. Biz münaqişənin həlli üçün səylərimizi davam etdirəcəyik”, – deyə M.Çavuşoğlu yazıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər