8 C
Baku
Thursday, December 12, 2024

Çavuşoğlu: “Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatik Forumunun bağlanış mərasimində ölkəsinin Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyinə dair açıqlama verib.

O, Türkiyənin mövqeyinin əvvəlcədən də prinsipial və aydın olduğunu, ölkəsinin Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacağını bəyan edib.

Çavuşoğlu Antalyada keçirilən Rusiya-Türkiyə-Ukrayna zirvəsini ölkəsinə göstərilən etimadın göstəricisi adlandırıb.

“Biz ilk andan diplomatiyaya üstünlük verən bir davranış nümayiş etdirmişik. Hazırda liderləri bir araya gətirmək üçün səy göstəririk”, – deyə XİN rəhbəri qeyd edib.

Türkiyəli nazir Ukraynanın Mariupol şəhərindəki Sultan Süleyman Qanuni məscidində qalan Türkiyə vətəndaşlarının təxliyəsi üçün işlərin davam etdiyini açıqlayıb.

“Məscidə bomba atıldığı xəbəri doğru deyil. Məscidə heç bir ziyan dəyməyib. Məscidə sığınan Türkiyə vətəndaşları ilə əlaqə saxlayırıq. Lavrovdan təxliyyə üçün dəstək istədik” – deyə Çavuşoğlu vurğulayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər