“Amazon” şirkətinin qurucusu Ceff Bezos təxminən 25 il ərzində 27 milyard dollarlıq səhm satıb.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Qeyd edək ki, dünyanın ən varlı adamının sərvətinin demək olar ki, 90%-i şirkətin qiymətli kağızlarından ibarətdir. Bu illər ərzində Bezosun “Amazon”dakı payı dörd dəfədən çox azalıb.
“Amazon” 1997-ci ildə birjaya çıxıb və növbəti ildən Bezos şirkətinin səhmlərini satmağa başlayıb. İlk başlarda bu sövdələşmələr milyarderə on milyonlarla dollar qazandırıb. 2010-cu ildə iş adamı ön böyük satışını edib – 793 milyon dollara 6 milyon səhmdən qurtulub.
İllər keçdikcə “Amazon” səhmləri bahalaşmağa başlayıb və Bezos bundan daha çox pul qazanmağa başlayıb. 2008-ci ildə iş adamı 304 milyon dollara 4 milyon səhm, 2020-ci ildə isə 10 milyard dollarlıq səhm satıb. Hesabat dövrü ərzində qiymətli kağızların dəyəri 3000%-dən çox artıb.
Birjaya çıxandan 25 il sonra şirkətin dəyəri dörd dəfədən çox azalıb – 45%-dən 10%-ə düşüb. Bu həm də milyarderin 2019-cu ildə həyat yoldaşı Makkenzi Skott ilə boşanması fonunda baş verib. Boşanma prosesi nəticəsində Makkenzi Skott 19.7 milyon səhm alıb, onların ümumi dəyəri 36 milyard dollar təşkil edib.
Hal-hazırda “Amazon”un qurucusu Ceff Bezosun sərvəti 200 milyard dollar dəyərində qiymətləndirilir. Bundan əlavə, iş adamı ildə 81 min dollar əməkhaqqı alır. “Forbes” jurnalının hesablamalarına görə, son 25 ildə milyarder təxminən 6 milyard dollar vergi ödəyib.