21 C
Baku
Friday, April 26, 2024

Cek Londonun daxmasını necə parçaladılar?

1897-ci ildə Kaliforniya universitetinin tələbəsi olan Cek London qəzetlərin birində Alyaskada yaşanan “qızıl hərisliyi” barədə oxuyur. Bu zaman gənc tələbənin maliyyə işləri onun üçün bir o qədər əhəmiyyət daşımırdı. Onun arzusu professional yazıçı olmaq idi. Lakin qəzet və jurnallar gənc yazıçını məşhurlaşdırmaqda elə də maraqlı deyildilər və o çox nadir hallarda öz yazılarını nəşr etdirə bilirdi. Cekin valideynləri ona baxmaq ixtiyarında deyildilər və gənc oğlan istənilən işdə işləməyə məcbur edir. Və heç gözlənilməyən bir anda Alyaskanın Klondayk ərazisində qızıl ehtiyatları aşkar edildiyi məlumatı yayılır. Bu zaman gən macəra həvəskarı və pula ehtiyacı olan gəncinq arşısında heç kim dayana bilməzdi. Beləliklə Cek isti Kaliforniyadan nəhayət ki, bu yoxsulluqdan xilas olmaq arzusu ilə sərt iqlimli Alyaskaya gedir. O 1897-ci ilin yazında San-Fransiskodan gəmi ilə Alyaskanın cənub-şərqinə yola düşür.

Sərt iqlimli məkan onu elə də xoş qarşılamır. Cek London və onun yol yoldaşlarının hətta əşyalarını daşımaq üçün hindu  hambal tutacaq pulları yox idi və bu səbəbdən öz yüklərini özləri daşımalı olur. Cek 1897-1898-ci illərin sərt qışını Alyaskada keçirir. Lakin onun varlanmaq arzuları puç olur. Bunun əvəzində həyat onun dözümlülüyünü bir daha sınayır: Cek sinqa xəstəliyinə tutulur və San-Fransiskoya geri dönməli olur. Evə qızılsız qayıdan gənc yazıçı özü ilə qiymətli metal əvəzinə digər bir sərvət gətirmişdi. Bu özünün Alyaska barədə olan təəssüratlarını qeyd etdiyi gündəliyi idi. Məhz bu gündəlik Cek Londonu bütün dünyada məşhur edən əsərlərin əsasını təşkil emtişdir.

Cek London məşhur yazıçı olmasaydı heç kim bəxtsiz qızıl axtaran bu şəxsin Henderson dərəsinin sahilində qışladığı daxmasından xəbəri olmayacaqdı. XX əsrin 60-cı illərində yerli poçtalyon daxmanın divarında belə bir yazıya rast gəlir: “Cek London, mədənçi, yazıçı, 27 yanvar 1898-ci il”. Tezliklə Cek Londonun bu qeyri-adi avtoqrafı barədə bütün ədəbiyyat dünyasına xəbər yayılır və dərhal olaraq iki ölkə – ABŞ və Kanada yazıçının daxmasının ona məxsus olması barədə iddia irəli sürür. Uuzn müddət davam edən mübahisələrdən sonra daxmanın iki ölkə arasında bölünməsi barədə qərar qəbul edilir. İki ölkə iki hissəyə bölünmüş daxmanın digər yarısını öz ölkəsində tamamlayır. Bu daxmalardan biri yazıçının vətəni Oklenddə, digəri isə Kanadada kiçik Douson şəhərciyində yerləşir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər