11 C
Baku
Wednesday, December 11, 2024

Cek Manın sərvəti ictimaiyyət qarşısında çıxdıqdan sonra 1.4 mlrd. dollar artıb

“Alibaba” şirkətinin qurucusunun sərvəti son üç ayda ilk dəfə ictimaiyyətə çıxdıqdan sonra 1.4 milyard dollar artıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

İnvestorları arxayın etmək umun qısa bir video kifayət edib. Nəticədə, “Alibaba Group”un bazar dəyəri 58 milyard dollara çatıb.

Qeyd edək ki, “Forbes Real-Time” reytinqinə görə, hal-hazırda Cek Manın sərvəti 62 milyard dollar təşkil edir.

Onlayn olaraq yayımlanan videoda Ma Çin müəllimlərini və təhsil sistemini dəstəkləməyə çağırıb. Cek Ma Xeyriyyə Fondunun sözçüsü iş adamının hər il Çində kənd müəllimlərinə dəstək proqramının “onlayn-mərasimində iştirak etdiyini” vurğulayıb.

Ma Çin hökuməti ilə mümkün qarşıdurma barədə heç bir məlumat verməsə də, analitiklərin fikrincə, onun ictimaiyyət qarşısında çıxış etməsi həbs və ya şirkətinin dövlət tərəfindən “udulması” kimi ən pis ssenariləri istisna etməyə imkan verir.

Son xəbərlər
Digər xəbərlər