Çərşənbə günü Cenevrədə keçirilən hərracda 8,01 karatlıq çəkisi olan nadir qiymətli daş – “hava rəngli brilyant” 17,1 milyon dollara satılıb.
Bu barədə “Sotheby’s” hərrac evinin məlumatında bildirilir.
Məlumata görə, 5 il ərzində o, 33,6% bahalaşıb. 2012-ci ildə hərraclarda bu nadir tapılan qiymətli daşa 12,8 milyon dollar pul verilib.
Report