14 C
Baku
Thursday, March 28, 2024

Çexiya Azərbaycan şirkətlərini bir sıra sənaye sahələrinə investisiya qoymağa dəvət edir

Çexiya Azərbaycan şirkətlərini neft-kimya, elektrotexnika və mexanika sənayesi sahələrinə investisiya qoymağa dəvət edir.

Bunu Trend-ə eksklüziv müsahibəsində Çexiyanın sənaye və ticarət naziri Tomaş Güner deyib.

Nazir qeyd edib ki, Azərbaycanın təbii ehtiyatlarla zəngin olması xarici investorların, o cümlədən Çexiya şirkətlərinin böyük marağını cəlb edən səbəblərdəndir: “Onlar artıq Azərbaycana investisiya qoyurlar. 2005-ci ildən 2015-ci ilədək Çexiya bankları Azərbaycandan iki milyard dollar həcmində ixrac əməliyyatlarını dəstəkləyib. Hazırda Azərbaycanda Çexiya kapitalı ilə 19 şirkət fəaliyyət göstərir”.

T.Günerin sözlərinə görə, digər tərəfdən Çexiya iqtisadiyyatına qoyulan Azərbaycan investisiyaları çox azdır və investisiyaların yalnız 2 faizə yaxınını təşkil edir. Bunlar əsasən, daşınmaz əmlak və hotellərə yönəlib.

Nazirin fikrincə, Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dəstəklənməsi üçün inkişaf etdirdiyi sahələr Çexiya şirkətlərinin iştirakı üçün yaxşı imkan ola bilər: “Bu sahələr arasında kənd təsərrüfatı, kimya və emal sənayesi, injinirinq, eləcə də xidmət sektoru yer alır. Çexiya şirkətləri həmçinin əczaçılıq, elektroinjinirinq, istehlak sənayesi və ətraf mühit sahələri üçün texnologiya tədarükçüsü ola bilər”.

Nazir həmçinin qeyd edib ki, iki ölkə arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük potensial var: “Çexiya şirkətlərinin texnologiyaları su və külək enerjisi sahələrində, eləcə də energetika sənayesinin səmərəliliyinin artırılmasında istifadə oluna bilər”.

Son xəbərlər
Digər xəbərlər