13 C
Baku
Saturday, November 23, 2024

Çexiya gələn ilin iyulundan Rusiyadan neft almağı dayandırmağı planlaşdırır

Çexiya 2025-ci ilin iyul ayından etibarən Rusiyadan neft almağı dayandırmağı planlaşdırır.

Bu barədə Çexiyanın neft kəmərlərinin operatoru olan MERO dövlət şirkətinin nümayəndəsi Zdenek Dundr “Reuters” agentliyinə bildirib.

“Çexiya gələn ilin ikinci rübündə Qərb ölkələrindən neft tədarükünü artırmağa başlayacağına və iyul ayından etibarən Rusiyadan neft almağı tamamilə dayandıracağına ümid edir”, – o deyib.

Z.Dundrun sözlərinə görə, Rusiya neftinin alışının dayandırılması Trans-Alp Boru Kəmərinin (TAL) ötürücülük qabiliyyətinin artırılması üzrə işlər başa çatdıqdan sonra baş verəcək. Agentliyin məlumatına görə, Çexiya 2022-ci ilin fevralından sonra neftin tədarükü mənbələrini və marşrutlarını aktiv şəkildə diversifikasiya edir. Hazırda ölkə istehlak olunan neftin ümumi həcminin təxminən yarısını Rusiyadan alır.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər