3 C
Baku
Saturday, December 14, 2024

Çexiyada fövqəladə vəziyyət elan olunub

Çexiya hökuməti Ukraynadan gələn qaçqınlarla əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

UNİAN xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fial keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, artıq Ukraynadan 30 min qaçqın Çexiyaya sığınıb: “Onların yerləşdirilməsini daha səmərəli etmək üçün hökumət martın 4-dən aprelin 4-dək fövqəladə vəziyyət rejimi tətbiq edib”.

Hökumət başçısı brifinqdə Ukraynanın Avropa İttifaqına üzv olması ilə bağlı rəsmi Kiyevin müraciətinə də münasibət bildirib. P.Fial Ukraynanın quruma qəbul edilməsinin sürətləndirilməsini dəstəkləyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər