Çexiyada koronavirusla əlaqədar vəziyyətin pisləşməsi səbəbi ilə fevralın 22-dən dükanlarda, ictimai nəqliyyatda, xəstəxanalarda və sıxlıq yüksək olan digər yerlərdə iki maska və ya respirator taxmaq məcburi olacaq.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bazar ertəsi günü səhiyyə naziri yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğunu, xüsusilə mağazalar, ictimai nəqliyyat, xəstəxanalar kimi yerlərdə respirator və ya iki cərrahi maska taxmaq göstərişini elan edəcək”, – deyə Çexiyanın sənaye və ticarət naziri Karel Gavlic bildirir.
Qeyd edək ki, fevral ayının əvvəlində Çexiyada Covid-19-a yoluxma sayı 1 milyonu keçib.
Bununla yanaşı, yanvar ayında Çexiyada Avropa İttifaqının digər ölkələri ilə müqayisədə daha çox yoluxma qeydə alınıb.