22 C
Baku
Thursday, April 25, 2024

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə Laçın yolundakı vəziyyəti müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun “Twitter” hesabında məlumat verilib.

Bildirilib ki, tərəflər Laçın-Xankəndi yolundakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, dünən Karen Donfrid Ermənistan XİN başçısı Ararat Mirzoyanla da danışıb.

“O,hər iki naziri davamlı sülhə yönələn prosesə yenidən qatılmağa təşviq edib”, ABŞ Dövlət Departamenti bildirib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər