9 C
Baku
Friday, December 13, 2024

Ceyhun Bayramov Çavuşoğlu ilə görüşüb

Azərbaycanla Türkiyə arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Xarici İşlər Nazirliyindən bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-cu iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər