Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional vəziyyət, o cümlədən Ukrayna ilə bağlı məsələlər müzakirə edilib.