Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin prezidenti Mahmud Abbasla görüşüb.
Ceyhun Bayramov bu barədə tviter hesabındakı paylaşımda qeyd edib.
“Azərbaycanla Fələstinin ikitərəfli və çoxtərəfli münasibətlərinin perspektivləri, regional və beynəlxalq vəziyyət, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Böyük qonaqpərvərliyə və səmərəli görüşə görə minnətdarlığımı bildirirəm”, – deyə paylaşımda qeyd olunub.