9 C
Baku
Sunday, November 17, 2024

Ceyhun Bayramov Vuçiçlə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində Prezident Aleksandr Vuçiç tərəfindən qəbul edilib.

Görüş zamanı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksək səviyyəli səfərlərin, o cümlədən, ötən ilin noyabr ayında Prezident İlham Əliyevin Serbiyaya dövlət səfərinin və Prezident Aleksandr Vuçiçin ötən ilin dekabr ayında Azərbaycana işgüzar səfərinin önəmi vurğulanıb.

Görüşdə ticarət və iqtisadi əlaqələrin inkişafı prespektivləri ətrafında fikir mübadiləsi aparılıb və Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti təqdir edilib.

İki ölkə arasında enerji, kənd təsərrüfatı, turizm və digər istiqamətlərdə strateji əməkdaşlığın etdirilməsi üçün geniş imkanların olduğu qeyd edilib.

Görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün qurulması imkanları barədə fikir mübadiləsi aparılıb.

Prezident Aleksandr Vuçiç Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirib və Azərbaycanın da Serbiyanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər