Bu gün İsveçrədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlşdırılmışdı. Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilməli idi.
Toplantıda Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyanın da iştirakı gözlənilirdi.
XİN rəhbəri Ceyhun Bayramovun İsveçrə səfəri təxirə düşüb.
Bununla bağlı detallar açıqlanmır. Xarici İşlər Nazirliyi də Ceyhun Bayramovun İsveçrə səfəri barədə heç bir rəsmi açıqlama yaymayıb.
Qeyri-rəsmi məlumatlara görə, görüşün baş tutmamasına səbəb ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Rusiya nümayəndəsinin toplantıda iştirak edə bilməməsi barədə xəbərdarlıq etməsidir.
Digər versiyalardan biri kimi isə dünən Ermənistanın Bərdəyə raket atması nəticəsində 20-dən çox mülki insanın öldürülməsi və Azərbaycanın etiraz əlaməti olaraq İsveçrə görüşündən imtina etməsi göstərilir.
Bununla yanaşı, o da qeyd olunur ki, humanitar atəşkəs elan olunduqdan sonra Ermənistanın mülki insanlara qarşı cinayət törətməsi danışıqlar masası arxasına keçməyin gərəksiz olduğunu ortaya qoyub.